Ermənistanın paytaxtı Yerevanda parlamentin binası qarşısında müxalifətin qurduğu çadır düşərgəsində üzərində bıçaq olan sərxoş kişi saxlanılıb.

Qeyd edilir ki, axşam saatlarında müxalifət tərəfdarları parlamentin binası qarşısına toplaşıb.

Çadırlardan birinə gözlənilmədən bıçaqla silahlanmış sərxoş kişi girib. Ancaq müxalifətçilər onu çadırdan itələyib çıxarıblar və polis əməkdaşlarına təhvil veriblər.

Silahlı şəxs saxlanılıb, təhqiqat aparılır.

İstinadlar Report