Ermənistan baş naziri Nikol Paşinyanın istefası tələbi ilə müxalifət Yerevan şəhərinin mərkəzində yürüşə başlayıb.

Metronun “Respublika meydanı” stansiyası qarşısından hərəkət edən yürüş iştirakçıları Ermənistan Polisi və Milli Təhlükəsizlik Xidmətinin binasına doğru irəliləyərək “Nikolsuz Ermənistan” şüarını səsləndirirlər.

Aksiyanın təşkilatçılarından olan Daşnaksütyun Partiyasının nümayəndəsi İşxan Sağatelyan polisi baş nazirin göstərişlərini yerinə yetirməməyə çağırıb: “Nikol Paşinyanın polisə arxalanaraq ölkədə diktatura qurmasına yol verməyəcəyik”.

İstinadlar Report