
Ermənistanın paytaxtı Yerevanda silahlı qarşıdurma zamanı yeniyetmə öldürülüb.
Hadisə ötən gün axşam saatlarında paytaxtın Kanaker rayonunda baş verib. Hadisə zamanı zərərçəkənlərdən biri tibb Mərkəzinə aparılarkən yolda dünyasını dəyişib. Daha iki yaralı müxtəlif xəsarətlərlə başqa klinikaya yerləşdirilib.