Ermənistanın paytaxtı Yerevan şəhərində “BMW” markalı avtomobilin Davidaşen körpüsünün altında Razdan çayına düşməsi nəticəsində polis əməkdaşı ölüb, bir nəfər də yaralanıb.

Xilasedicilər avtomobilin sürücüsü və sərnişinini yaralı vəziyyətdə çaydan çıxarıblar.

Ancaq 1989-cu ildə anadan olmuş A.Vardanyan adlı sürücü xəstəxanada ölüb. Onun Yerevan Şəhər Polis İdarəsi Maştosk rayon bölməsinin cinayət axtarışı şöbəsində baş əməliyyat müvəkkili işləyib.

Yaralı barədə məlumat verilməyib.

İstinadlar Report