Yerevanda Avropa İttifaqı nümayəndəliyinin qarşısında Ermənistanın “Adekvad” İctimai Birliyi tərəfindən başlanan etiraz aksiyası keçirilib.

Aksiya iştirakçılarının əlində üzərində “Take your puppets back” (“Kuklalarınızı götürün”), “Armenia under occupation” (“İşğal edilmiş Ermənistan”) yazılmış plakatlar var.

Təşkilat hesab edir ki, indiki baş nazir Nikol Paşinyan Ermənistanı dövlətçilik itkisinə aparan sabotajın yalnız ifaçısıdır, idarəetmənin əsa rıçaqları isə xarici agentlər şəbəkəsi vasitəsilə gizli sahiblərin əlindədir.

İstinadlar Report