Yerevanda atışma olub, xəsarət alan var

Ermənistanın paytaxtı Yerevan şəhərində atışma olub.

Məlumata görə, hadisə Avan qəbristanlığı ərazisində qeydə alınıb. Silahlı insident zamanı 40 yaşlı Aleksan Aleksanyan xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatı açıqlanmır.

Daha əvvəl paytaxt Yerevan şəhərinin küçələrinin divarlarına ağ boya ilə “#SutNikol” (“Saxtanikol”) yazan 5 nəfər polisə aparılıb.

İstinadlar Report

Yerevanda atışma olub: xəsarət alan var

Yerevanın cənubunda atışma olub.

Bu barədə News-am xəbər verib.

Hadisə 8-ci küçədə, Noraqavit rayonunda baş verib. Belə ki, 48 yaşlı kişini qovaraq ona atəş açıblar. Nəticədə o, güllə yarası alıb.

Yaralı xəstəxanaya çatdırılıb və əməliyyat edilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Qeyd edək ki, bu son günlər Ermənistan ərazisində baş verən növbəti silahlı insidentdir. 

İstinadlar Agentliyin , Report