Yerevanda atışma olub, ölən və yaralananlar var

Ermənistanın paytaxtı Yerevanda atışma olub.

Məlumata görə, hadisə Şenqavit rayonunda, Eqişe Tadevosyan küçəsində qeydə alınıb. Bir neçə nəfər arasında yaranan mübahisə sonda kütləvi dava ilə nəticələnib. Dava zamanı odlu silahdan açılan atəş nəticəsində 3 nəfər xəsarət alıb. Onlar “Erebuni” tibb mərkəzinə yerləşdiriliblər. Yaralılardan biri aldığı ağır xəsarətlərdən tibb mərkəzində ölüb.

Hadisə yerinə gələn polis əməkdaşları ərazidə avtomat və “Makarov” tapançasına aid gilizlər aşkarlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları ölən şəxsin və yaralıların şəxsiyyətini araşdırır.

Dünən həm də Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı evində qətlə yetirilib.

İstinadlar Report

Yerevanda atışma olub, ölən və yaralananlar var

“HSBC” bankının Yerevandakı filialında baş verən atışma nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Bunu Ermənistan polisinin KİV-lə əlaqələr bölməsinin rəisi Edqar Canoyan bildirib.

***15:08

HSBC bankının Ermənistanın paytaxtı Yerevan şəhərindəki filialında atışma baş verib.

Hadisə nəticəsində iki nəfər yaralanıb.

“Atışma səsi eşidiləndə biz qonşu bankda idik. Səsə görə deyə bilərəm ki, atışma binanın içində baş verib”, – şahidlər bildiriblər.

Atışmanın həmçinin bankın qarəti zamanı baş verdiyi də qeyd olunur.

İstinadlar Report