NASA (Milli Aeronavtika və Kosmos İdarəsi) 22 metr böyüklüyündə olan asteroidin dünyadan yaxın keçəcəyini açıqlayıb.

Dünya üçün təhlükə yarada biləcək cismin keçidi 29 noyabrda reallaşacaq. Yer kürəsi ilə toqquşma ehtimalının olmadığı vurğulanıb. 

NASA rəsmiləri asteroidin böyüklüyünün bir göydələnə bərabər olduğunu qeyd ediblər.

Həmçinin, göy daşındakı nikel, dəmir və kobaltdan ibarət mineralların dəyəri 17, 4 milyon dollar olaraq təxmin edilir.

Qeyd edək ki, 1908-ci ildə Rusiyanın Sibir ərazisinə 40 metr ölçüsündə asteroid düşmüş, demək olar ki, şəhəri yox edəcək gücdə olmuşdu. 

İstinadlar Qafqazinfo