“Rusiyanın Ukraynaya qarşı təcavüzünə cavab olaraq NATO-nun iki əsas məqsədi var: Ukraynaya dəstək vermək və gərginliyin daha da artmasının qarşısını almaq”.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Davosda keçirilən İqtisadi Forumda deyib.

O bildirib ki, NATO və onun müttəfiqləri, o cümlədən ABŞ, Kanada, Böyük Britaniya və Türkiyə uzun illərdir Ukraynanı dəstəkləyib, Rusiyanın Ukraynaya son müdaxiləsindən sonra isə bu dəstək əhəmiyyətli dərəcədə artıb.

“Bu gün birbaşa NATO-nun komandanlığı altında hava və dəniz qüvvələri tərəfindən dəstəklənən 40 mindən çox hərbçimiz var, Baltik dənizindən tutmuş Qara dənizə qədər çoxmillətli döyüş qruplarımızı ikiqat artırmışıq və yüksək hazırlıq vəziyyətində olan yüz minlərlə hərbçimiz var”, – o vurğulayıb.

İstinadlar Report