Martın 29-u saat 16 radələrində Ağstafa rayonunun Poylu qəsəbəsi ərazisində 2009-cü il təvəllüdlü Cavanşir Bədirovun meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Ağstafa rayon prokurorluğundan məlumat verilib.

İstintaq-əməliyyat tədbirləri ilə 2006-cı il təvəllüdlü Yusif Əhmədovun bıçaqla Cavanşir Bədirovun ürək nahiyəsindən xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İstinadlar Report