“Xiaomi”, “Samsung”, “Google” və “OnePlus” smartfonlarının bəzi modellərinin şarjı “WhatsApp” messencerinin son versiyası quraşdırılandan sonra sürətlə azalır. Bu haqda sözügedən problemlə rastlaşmış istifadəçilər “Reddit”də və “Google Play”də messencerin səhifəsində öz fikirlərini yazıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.Belə hal ən çox “OnePlus” smartfonlarının istifadəçiləri arasında müşahidə olunub.

Bir çox istifadəçinin müşahidəsinə görə, mobil tətbiq arxa fonda işləməyə davam edərək batareyanın enerjisini sürətlə azaldır. Məsələn, “OnePlus 6” smartfon istifadəçisinin müşahidəsinə görə, akkumulyatordan istifadə statistikasında “WhatsApp”dan istifadə müddəti 1,5 saat kimi göstərilib, halbuki istifadəçi bu vaxt ərzində yalnız bir neçə mesaj göndərib.

Emil Hüseynov

İstinadlar ict news