Yeni Zelandiyanın Baş naziri Casinda Ardernin koronavirus testi müsbət çıxıb.

O, bu barədə instaqram səhifəsində məlumat yayıb.

“Bütün səylərimə baxmayaraq, təəssüf ki, ailəmin qalan hissəsinə qoşuldum və COVID-19 üçün müsbət test aldım”, – o yazıb.

Əvvəllər koronavirus onun qızı və ortağında aşkarlanıb. Bununla əlaqədar olaraq Ardern mayın 8-dən təcrid vəziyyətindədir.

İstinadlar Report