Yeni Zelandiya iqlim dəyişikliyini dünya miqyasındakı böhran kimi hüquqi cəhətdən tanıyan 32 ölkəyə qoşulub.

Ölkənin baş nazir Cakinda Ardern parlamentdəki nitqi zamanı hökumətin 2025-ci ildə karbon qazı buraxılmasına son qoymaq hədəfini ortaya qoyaraq iqlim dəyişikliyi ilə bağlı fövqəladə vəziyyət elan edib.

Proqramda ən böyük və fəal kömürlə işləyən müəssisələrinin qısa müddətdə dayandırılması, hökumət qurumlarından elektrik avtomobillər almaq və ənənəvi avtomobil sayını azaltmaq vəzifəsini qoymaq, ictimai sektor binalarına dair yaşıl standartlar tətbiq etmək kimi müddəalar salınıb.

İqlim dəyişikliyini “zəmanəmizin ən böyük təhlükəsi” olaraq dəyərləndirən proqram 200 milyon ABŞ dolları həcmində Dövlət Sektoru Karbonsuzlaşdırma Fonduna əsaslanır. Hökumət başçısı bu proqramın ölkənin özəl sektoru üçün də müvafiq addımlara çağırış olduğunu qeyd edib.

Ölkənin iqlim naziri Ceyms Şou sözügedən proqramı havaya tullantıları azaltmaq istiqamətində dünyanın ən iddialı çərçivə sənədi olaraq səciyyələndirib: “Dünyada sənaye öncəsi dövrə nisbətən mövcud 1,5 dərəcə isinmə astanasında dayanmaq üçün qanuni şəkildə məcburi tələblər tətbiq edən bir qisim ölkələrdən biri də bizik”.

İstinadlar Report