“Ağdamdakı dağıntılar məni kədərləndirdi. Keçmişdə çəkilmiş fotolarla müqayisə etsək, buranın tamamilə dağıdıldığını görə bilərik”.

Bu fikirləri “Report”a xarici diplomatik korpusun nümayəndə heyətinin tərkibində işğaldan azad olunmuş Ağdama səfər edən Yeni Zelandiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Vendi Hinton deyib.

Diplomat Yeni Zelandiya şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərinin yenidən qurulmasının bəzi aspektləri ilə maraqlana biləcəyini deyib.

“Yeni Zelandiyanın xüsusi texnologiyası, eləcə də kənd təsərrüfatı texnologiyası, davamlı enerji texnologiyalar var ki, sizin də bu sahədə maraqlı olduğunuzu bilirəm,” – V.Hinton deyib.

İstinadlar Report