Yeni Zelandiya hakimiyyəti Sakit okean regionunda Çinin təsirinin artmasından narahatdır.

Bunu Yeni Zelandiyanın Baş naziri Kristofer Lakson bildirib.

Vellinqtonda narahatlıq artır, çünki Kuk Adalarının baş naziri Mark Braun Yeni Zelandiya ilə məsləhətləşmədən bu həftə Çinə səfər edərək sazişlər imzalamağı planlaşdırır.

“Konstitusiya müddəalarımıza uyğun olaraq, müdafiə və təhlükəsizlik məsələlərinin tərəfdaşlar arasında açıq şəkildə müzakirə olunacağını gözləyirik”, – K.Lakson bildirib.

Qeyd edək ki, M.Braun milli inkişaf, infrastruktur, ticarət və iqtisadiyyat sahəsində tərəfdaşlıq əlaqələrinin qurulması məqsədilə Çinə səfər etmək niyyətində olduğunu bildirib.

İstinadlar Report