İlk xatırlatması 2014-cü ilə təsadüf edən “Agent Tesla” kompüter virusu yenidən kibertəhlükəsizlik üzrə mütəxəssislərin diqqətini cəlb edib. Bu yaxınlarda mütəxəssislər tərəfindən qeydə alınmış zərərverici proqram təminatının təkmilləşdirilmiş versiyası öz “bacarıqlar” siyahısını xeyli genişləndirib: müxtəlif brauzerlər, poçt proqramları və hətta VPN-müştərilər hücumun qurbanı olublar.

“Agent Tesla” – bu, istifadəçi qurğularına sifarişli hücumların həyata keçirilməsi üçün haker forumlarında satılan keyloqqerdir. Kompüter təhlükəsizliyi sahəsində ixtisaslaşmış “SentinelOne” şirkətin nümayəndəsinin sözlərinə görə, zərərverici proqram bir sıra geniş yayılmış FTP və VPN müştərilərinin, poçt proqramları və veb-brauzerlərin hesab və konfiqurasiya məlumatlarını toplayır. Bundan başqa, virus bəzi məlumatları əməliyyat sisteminin reyestrindən əldə edir.

Mütəxəssislərin hesabatına görə, “Google Chrome”, “Chromium”, “Safari”, “Mozilla Firefox”, “Microsoft Edge”, “Opera”, “Microsoft Outlook”, “Mozilla Thunderbird” və “OpenVPN” kimi populyar proqramların istifadəçiləri təhlükə altındadır.

İstinadlar ict news