ABŞ Müdafiə Nazirliyinin sifarişi üzrə hazırlanmış yeni üztanıma sistemi 1 km-dək məsafəni dəstəkləyir. Yeni sistem hələ ki yalnız yerüstü əməliyyatlarda istifadə ediləcək, amma gələcəkdə sistemin aviasiya kəşfiyyatı üçün tətbiq edilməsi də planlaşdırılır.

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.ABŞ Müdafiə Nazirliyi 1 km-dək məsafədə insan sifətini identifikasiya edən yığcam üztanıma qurğusunu təqdim edib. Sözügedən cihaz “xüsusi təhlükəli ərazilərdə” istifadə ediləcək.

“Uzaq məsafədən təkmilləşdirilmiş taktik üztanıma” adlı layihəyə 2016-cı ildə start verilib. 2020-ci ilin əvvəlində tədqiqatçılar kütləvi istehsal üçün işlək prototip təqdim ediblər. Müdafiə Nazirliyinin rəsmisi bildirib ki, qurğunun hazırlanması davam etdirilir, amma əlavə məlumat verməkdən imtina edib.

Emil Hüseynov

İstinadlar ict news