Böyük Britaniyanın “U.K. Export Finance” təşkilatı “Turksat-5A” və “Turksat-5B” peyklərinin hazırlanması üçün Türkiyə Maliyyə Nazirliyinə 325 milyon dollar məbləğində kredit ayırıb.

Hazırda “Turksat” qruplaşmasına üç telekommunikasiya peyki daxildir. Türkiyə tərəfi yeni peyklərin hazırlanması üçün “Airbus Defence and Space” şirkətinə ödəniş edəcək.

“Turksat-5A” peykinin 2020-ci ildə, ikinci peykin isə bir il sonra orbitə çıxarılması planlaşdırılır.

Xatırladaq ki, Türkiyə hökuməti “Turksat-5B” peykinin yaradılması üçün “Airbus Defence and Space” şirkəti ilə sazişi 2017-ci ildə imzalayıb.

Nizam Nuriyev

İstinadlar ict news