Massaçusets Texnologiya Universitetinin (MIT) mühəndisləri tərəfindən hazırlanmış süni intellekt “Vikipediya”da köhnəlmiş məqalələrə avtomatik düzəliş edir.

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.”Vikipediya” onlayn ensiklopediyasında daima informasiyanın redaktəsinə və ya yenilənməsinə ehtiyac duyan milyonlarla məqalə mövcuddur. Söhbət mövcud məqalələrin genişləndirilməsi, nömrə, tarix, ad və məkanların yenilənməsi kimi dəyişikliklərdən gedir. İndi insanlar könüllü şəkildə bütün bu dəyişiklikləri edirlər, ancaq bu, çox vaxt alır.

MIT-in alimləri bu problemin həllini axtarıb tapıblar: onlar tərəfindən hazırlanmış süni intellekt “Vikipediya”dakı məqalələrdə faktiki uyğunsuzluqlara avtomatik düzəliş etmək, həmçinin onları yeniləmək imkanına malikdir. Bu, insanlar tərəfindən sərf edilmiş vaxtı azaltmağa imkan verəcək.

Tədqiqatçıların sözlərinə görə, sistem gələcəkdə özü səhvləri axtara və onları düzəldə biləcək.

Emil Hüseynov

İstinadlar ict news