Massaçusets Texnologiya İnstitutunun mühəndisləri tərəfindən hazırlanan yeni sensor qaraciyərin zədələnməsini erkən mərhələdə müəyyənləşdirə bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.Indi qaraciyər zədələnməsinin, həmçinin qaraciyər çatışmazlığına gətirib çıxaran fibrozun erkən diaqnostika üsulu mövcud deyil.

Buna görə MTİ-nin mühəndisləri qaraciyər zədələnməsi olan xəstələri aşkar edə bilən yeni qeyri-invaziv test hazırlayıblar. Bunun üçün yeni qurğuda suyun diffuziyasını ölçən nüvə maqnit rezonansı mövcuddur.

Yeni sensorun köməyi ilə fibroz 86%, qaraciyərin piylənməsi xəstəliyi isə 92% dəqiqliklə aşkar edilib. Nəticələrin əldə edilməsinə təxminən 10 dəqiqə vaxt sərf edilir, amma indi tədqiqatçılar bu vaxtın azaldılması üzərində işləyirlər.

Emil Hüseynov

İstinadlar ict news