“Samsung Electronics” şirkəti süni intellektlə əlaqədar texnologiyaların gələcək inkişafı üçün nəzərdə tutulan neyron prosessorlar üzrə sənayeyə intensiv investisiya yatırmaq niyyətindədir. Perspektivli istiqamətlər sırasında şirkət insan beyini kimi işləyən neyromorf prosessorun yaradılmasını qeyd edir.

Neyron prosessorlar məlumatların emalı prinsipinə görə insan beyini ilə müqayisə edilən və paralel irihəcmli əməliyyatlar yerinə yetirən yarımkeçirici həllərdir. “Exynos 9820” mobil çipsetinə inteqrasiya edilən ilk neyron emal modulunu (NPU) ötən il təqdim edən “Samsung” şirkəti iyunun 19-da süni intellekt sahəsində texnologiyaların tətbiqinin genişləndirilməsi ilə bağlı planlarını açıqlayıb. Plana görə, 2030-cu ilədək süni intellektlə bağlı texnologiyalar üçün 2 mindən çox iş yerinin yaradılması nəzərdə tutulur.

Şirkət neyroprosessorların gələcək inkişafını avtomobillərin informasiya əyləncə və idarəetmə sistemlərində və iritutumlu məlumatların emalı üçün yeni nəsil data mərkəzlərində görür. Bundan əlavə, istehsalçı süni intellekt alqoritmlərinin mobil çipsetlərə aktiv tətbiqini davam etdirmək niyyətindədir. “System LSI Business” və “Samsung Advanced Institute of Technology” insan beyninin imkanları ilə uyğunluq təşkil edən neyromorf mərkəzi prosessor (CPU) aparatlarının hazırlanması üçün səyləri birləşdirməyi planlaşdırır.

Oxumağa dəyər:   Kolumbiyada avtobus dərəyə yuvarlanıb, 3 nəfər ölüb

Nizam Nuriyev

İstinadlar ict news