
Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri vəzifəsindən azad edilib.
Bununla bağlı müdafiə sənayesi naziri Vüqar Mustafayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Zaur Əliyev nazirliyin Aparat rəhbəri vəzifəsindən azad olunub.
Həmin vəzifəyə hələlik təyinat olmayıb.
Məlumatı “Report”a Müdafiə Sənayesi Nazirliyindən təsdiqləyiblər.
Qeyd edək ki, Z.Əliyev sabiq nazir Mədət Quliyevin 2019-cu ildə imzaladığı əmrlə nazirliyin Aparat rəhbəri vəzifəsinə təyin olunmuşdu.