Yeni Kaledoniyada etirazlar zamanı sahibkarlara dəyən zərərin məbləği 1 milyard avroya çata bilər.

Bu barədə Yeni Kaledoniyanın Ticarət və Sənaye Palatasının sədri David Qiyen məlumat verib.

“İndiyədək olan məlumatlara əsasən, zərərin məbləği 1 milyard avroya yaxınlaşır”, – o, “France Culture” radiosuna açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, sənayedən ticarətə qədər iqtisadiyyatın bütün sektorlarına, xüsusilə də avtomobil satıcılarına təsir göstərib.

İstinadlar Report