“Yüz yetmiş bir ildir, Fransa tərəfindən müstəmləkəçiliyi altında yaşayırıq, bütün haqlarımız əlimizdən alınıb”.

Bunu “Report”un ABŞ bürosuna açıqlamasında BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda iştirak edən Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest deyib.

Nazir bildirib ki, ölkəsi xüsusi ilə son vaxtlar Fransanın ciddi təzyiqləri ilə üz-üzədir: “Ölkəm Yeni Kaledoniyadır. Biz Sakit okeanda, Melaneziya bölgəsindəyik. 1986-cı ildə indiyədək BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin siyahısındayıq. Məhz 2023-cü ilə qədər Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ərzində sizin ölkənizlə beynəlxalq səviyyədə işləmək üçün yeni imkanlarımız oldu. Ötən müddət ərzində Azərbaycan haqlı mübarizəmizdə yanımızda oldu, xüsusən beynəlxalq ictimaiyyəti ölkəmin hüquqlarına hörmət etməyə çağırdı”.

Nazir qeyd edib ki, son vaxtlar ölkəsində vəziyyət daha da pisləşib: “Yeni Kaledoniyada çoxsaylı fransız hərbçi var, onlar qadınları, uşaqları hədəf alıblar. Bölgədəki 3 000-dən çox hərbçi sakinləri öldürür və ya şikəst edirlər. Bu gün BTQ vasitəsilə BMT platformasında bu məsələni gündəmə gətirdik və beynəlxalq ictimaiyyətdən kömək istədik”.

M.Forrest ölkəsi və xalqı üçün mübarizəsini bundan sonra da davam etdirəcək: “Xalqların öz müqəddəratını təyinetmə hüququ, bütün dünya üçün keçərlidir. Qoşulmama Hərəkatı və Bakı Təşəbbüs Qrupu vasitəsilə başqa bir çox qardaş xalqlar, eləcə də ölkələr – Kosika, Martinik, Polineziya adalari kimi kiçik dövlətlərdəki müstəmləkəçilik problemlərin dünya ictimaiyyətinə çatdırılması üçün bir çox yeni proqram hazırlanıb, müzakirələr aparılır. Düşünürəm ki, bütün bunlar bizim üçün yaxşı fürsətdir. Bizim kimi kiçik xalqların, ada ölkələrinin bu fürsətdən istifadə etməklə öz səslərini eşitdirməsi vacibdir.

İstinadlar Report