Fransa Silahlı qüvvələri 19 sentyabrda yenidən Yeni Kaledoniyada dinc nümayişçilərə qarşı odlu silahlardan istifadə ediblər. İki mülki şəxs güllələnib ki, onlardan biri ölüb, digəri ağır yaralanıb.
Eyni zamanda Fransa idarəçiliyinə qarşı Martinikdə də etirazlar başlayıb. Fransa hökuməti Yeni Kaledoniyada olduğu kimi Martinikdə də komendant saatı tətbiq edib. Dinc etirazçılara qarşı təhlükəsizlik qüvvələri aşırı güc tətbiq ediblər. Fransa hökumətinin vəhşiliklərinə etiraz əlaməti olaraq Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi (FLNKS) Bəyanat yayıb.
KANAK XALQININ SOYQIRIMINA SON!