
Fransanın dənizaşırı ərazisi olan Yeni Kaledoniyada polislə etiraz edən nümayişçilər arasında toqquşmalar olub.
Bu barədə “France Info” məlumat yayıb.
Bildirilib ki, toqquşmalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı zorakılıq tətbiq edib. Polis nümayişçiləri gözyaşardıcı qazla dağıtmağa çalışıb.
Qeyd olunub ki, paytaxt Numeada, hava limanının yaxınlığında bir neçə avtomobil yandırılıb.