Fransanın dənizaşırı ərazisi olan Yeni Kaledoniyada polislə etiraz edən nümayişçilər arasında toqquşmalar olub.

Bu barədə “France-info” məlumat yayıb.

Bildirilib ki, toqquşmalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı zorakılıq tətbiq edib. Polis nümayişçiləri gözyaşardıcı qazla dağıtmağa çalışıb.

Qeyd olunub ki, paytaxt Numeada, aerodromun yaxınlığında bir neçə avtomobil yandırılıb. Bundan başqa, şəhərin digər istiqamətində polis nümayişçiləri sıxışdırıb çıxara bilsə də, onların atdığı mərmilərə tuş gəlib, yaralananların olduğu bildirilib.
Həmçinin baş limanın yaxınlığında kondisioner istehsalı müəssisəsinin yandırıldığı nəql edilib.

Cənub əyaləti assambleyasının prezidenti və loyalistlərin lideri Sonya Bakes “kaledoniyalıları evdə qalmağa” çağırıb. O, eyni zamanda çaxnaşmanın “arxasındakıların cavab verəcəyini” bildirib.



İstinadlar Qafqazinfo