
Dekolonizasiyanı uğurla başa çatdırmış xalqların dəstəyi bizim üçün dəyərlidir. Bakı Təşəbbüs Qrupu Fransanın kolonial siyasətini ifşa etməklə beynəlxalq ictimaiyyətin maarifləndirilməsinə ciddi töhfə verir.
Bunu BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Bakı Təşəbbüs Qrupunun ev sahibliyi ilə baş tutan “Dekolonizasiya: Səssiz İnqilab” adlı beynəlxalq konfransda çıxış edən Yeni Kaledoniya Parlamentinin Ailə və Qadın Məsələləri Komissiyasının sədr müavini Marie-Line Sakilia deyib.
Tarixi kontekstdən danışan nümayəndə 1988-ci il Martino-Odino sülh sazişini xatırladaraq, Yeni Kaledoniya xalqının Fransa ilə münasibətlərində intellektual, iqtisadi və idarəetmə mexanizmlərini qorumağa çalışdığını vurğulayıb.
İqtisadi vəziyyətdən danışan nümayəndə bildirib ki, Fransanın siyasəti burada kütləvi miqrasiyaya səbəb olur.
1998-ci il Lumia sazişinə də toxunan nümayəndə qeyd edib ki, artıq bu tarixi dəyərlərin yenidən tanınması və həyata keçirilməsi vaxtıdır.