
Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri Neysselin Omayranın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda yerləşən Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil-qərargahında olublar.
Qonaqlara qurumun fəaliyyəti haqqında məlumat verilib, həmçinin qərargahla tanışlıq olub.
Bundan başqa, nümayəndə heyəti Bakıda Müqəddəs Məryəm Katolik Kilsəsini ziyarət edib, həmçinin Azərbaycan Dillər Universitetində olublar.