“iPhone 12” seriyalı yeni smartfonların təqdimatı gözləniləndən daha gec keçiriləcək. Qurğuların buraxılış müddəti barədə “Apple” məhsulları haqqında əvvəlcədən məlumat verməsi ilə məşhurlaşan Con Prosserin “Twitter” hesabında deyilir.

Onun sözlərinə görə, bu il “Apple” iki böyük təqdimat keçirəcək. Sentyabrın 7-də şirkət tərəfindən yeni “Apple Watch” saatı və “iPad” planşeti təqdim ediləcək. Qurğular barədə informasiya şirkətin saytında dərc olunacaq. Oktyabrın 12-də “iPhone 12” seriyalı smartfonların nümayiş ediləcəyi “Apple” təqdimatı olacaq. Bloger payızda şirkət tərəfindən hansı planşet və saat modellərinin nümayiş ediləcəyini açıqlamayıb.

Məlumata görə, yeni smartfonlar üçün ilkin sifarişlərin qəbuluna təqdimat günü başlanılacaq, lakin yalnız qabaqcıl modelləri sifariş etmək mümkün olacaq. “iPhone 12” seriyalı qurğular satışa oktyabrın 19-da çıxarılacaq. Blogerin fikrincə, bu il “iPhone 12 Pro” smartfonlarının buraxılışı noyabradək yubanacaq. Smartfon üçün ilkin sifarişlərin qəbulu və satışa çıxarılma tarixi barədə məlumat verilmir.

İstinadlar ict news