Aktual “Apple” seriyalı smartfonun əsas versiyası “iPhone 12 mini” adlanacaq.

Bloger tərəfindən yeni nəsil “iPhone” seriyalı qurğuların adları onun “Twitter” hesabında dərc olunub. Onun versiyasına görə, qabaqcıl seriyalı kiçik model ən kompakt qabaritlərə və 5,4 düym diaqonallı ekrana malik olması səbəbindən “iPhone 12 mini” adlanacaq. Məlumata görə, 6,7 düymlük böyük model “iPhone 12 Pro Max”, 6,1 düymlük digər iki qurğu isə müvafiq olaraq “iPhone 12” və “iPhone 12 Pro” adlanacaq.

Jurnalistlər xatırladıb ki, “iPhone” smartfonlarının adında “Pro” prefiksi 2019-cu ildə seriya buraxıldıqdan sonra göstərilməyə başlayıb. Bununla yanaşı, “mini” prefiksi smartfonlar üçün deyil, digər kompakt qurğular – “iPad mini”, “Mac mini” və “iPod mini” üçün istifadə olunub. Bütün qeyd olunan qurğular nisbətən kiçik qabaritlərə və ucuz qiymətə malik olublar.

Nizam Nuriyev

İstinadlar ict news