“Apple” smartfonunun növbəti nəsli hesablama gücünə görə makbuklara yaxınlaşacaq. “MacWorld” nəşrinin redaktoru Ceyson Kross belə proqnoz verib. Onun məlumatına görə, “iPhone 12” smartfonu 5 nanometr texnologiya üzrə hazırlanmış “A14” prosessoru ilə təchiz ediləcək.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.Yeni “iPhone” üçün çipi Tayvanın “TSMC” şirkəti istehsal edəcək. 7 nanometrdən 5 nanometr istehsal texnologiyasına keçid silisium kristalında 15 milyard tranzistor yerləşməsinə imkan verəcək: daha çox tranzistor yalnız ən qabaqcıl kompüter və server sinfinə məxsus qrafik kartlarda quraşdırılıb.

Daha yüksək takt tezliyi, 6 QB əməli yaddaş və “Apple” mühəndislərinin yeni arxitektura həlli sayəsində “iPhone 12″nin oyunlarda sürəti 50% artacaq. “Yeni “iPhone” Geekbench 5 testində çoxnüvəli rejimdə 5000 bal toplasa, mən təəccüblənmərəm” – Kross deyib.

“Məsələn, ən sürətli Android-smartfonlar bu testdə təxminən 3000 bal toplayır, 5000 qiymətləndirmə isə masaüstü kompüterlərin 6 nüvəli prosessorları və ya məhsuldar noutbuklarla müqayisə edilə bilər, jurnalist yazıb”.

Emil Hüseynov

İstinadlar ict news