“3+3″ regional əməkdaşlıq platforması çərçivəsində yeni görüşün tarixi müəyyən edilib”.

Bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani deyib. 

“Tarix müəyyən edilib və o, diplomatik kanallar vasitəsilə elan ediləcək”, – deyə səfir qeyd edib.

Xatırladaq ki, M.Sobhani daha əvvəlki açıqlamasında “3+3” formatında xarici işlər nazirlərinin növbəti görüşünün yaxın zamanlarda Türkiyədə keçiriləcəyini bildirmişdi.

Onu da qeyd edək ki, “3+3” platforması çərçivəsində ilk görüş 2021-ci ilin dekabrında Moskvada baş tutub. Sözügedən görüşdə Azərbaycan, Ermənistan, Rusiya, İran və Türkiyənin xarici işlər nazirlərinin müavinləri iştirak edib. Gürcüstan iclasda iştirakdan imtina edib. İkinci görüş isə 2023-cü ilin oktyabrında XİN rəhbərləri səviyyəsində İranın paytaxtı Tehranda baş tutub. Gürcüstan bu görüşdə də iştirak etməyib.

İstinadlar Qafqazinfo