“Yeni doğulan və peyvənd olunmuş ananın südü ilə qidalanan körpənin 6-8 ay ərzində koronavirusa qarşı immuniteti yaranır”.

Bunu N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin direktoru Aleksandr Qintsburq bildirib.

“Hamilə qadın peyvənd olunarsa, antitelləri südü vasitəsilə körpəsinə ötürəcək və körpəni 6-8 ay ərzində virusa qədər immun sistemi formalaşanadək ana südü qoruyacaq. Hamilə qadınlara vaksin vurulması məsələsi azyaşlıların peyvənd olunması məsələsi qədər kəskin məsələdir”, – deyə Qintsburq qeyd edib.

İstinadlar Qafqazinfo