
Yanvarın 18-nə keçən gecə Abşeron rayonu Masazır qəsəbəsində küçəyə atılmış yenidoğulmuş körpənin anası tutulub.
DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, yenidoğulmuş körpəni küçəyə atan şəxsin 1999-cu il təvəllüdlü T.A olması müəyyən edilib. O, saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, yenidoğulmuş uşaq ölü halda asfaltın üstündə tapılmışdı.