Mühəndislər tərəfindən yaradılmış çip antenanın köməyi ilə eyni tezlikdə məlumatları ötürə və qəbul edə bilər.

Kolumbiya Universitetində işləyən alimlərin yeni həlli ənənəvi texnologiyalarla müqayisədə radio kanalın buraxılış qabiliyyətini iki dəfə yüksəldir.

Müasir qurğular qəbul və siqnalların ötürülməsi üçün ayrı-ayrı antenalardan istifadə edir və ya bir antenadan növbəli şəkildə istifadə edirlər. Sonuncu halda ötürmə vaxtının bölünməsi haqda "razılaşmaq" və ya müxtəlif tezliklərdən istifadə etmək lazım gəlir.

Ənənəvi texnologiyalarla müqayisədə yeni çip əlavə tezlikdən istifadə etmir, məlumatları eyni anda həm qəbul edə, həm də ötürə bilir. Sözügedən texnologiyanın müəllifi olan Xariş Krişnasvami izah edir ki, bu, bir-biri ilə eyni zamanda danışan və bir-birini başa düşən iki insanın dialoqunu xatırladır.(ict news)