Kompüter təhlükəsizliyi sahəsində çalışan mütəxəssislər 2018-ci ildə böyük səs-küyə səbəb olmuş “Spectre” boşluğunun yeni variantlarını aşkar ediblər. İstehsalçılar “Intel” və “AMD” prosessorlarına müdaxilənin qarşısını almaq üçün çiplərin məhsuldarlığını xeyli azalda bilən metodlar tətbiq etməyə məcburdurlar.

Virciniya Universitetinin Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin təhlükəsizlik üzrə mütəxəssisləri bildiriblər ki, mikroəməliyyatlar keşindən təlimatın əldə edilməsi imkanı mövcuddur. Belə keş həm “Intel” şirkətinin, həm də “AMD”nin prosessorlarında mövcuddur.

Təəssüf ki, “Spectre” boşluğu üçün mövcud müdafiə metodlarından heç biri yeni aşkar edilmiş boşluğu aradan qaldırmır. Yeni boşluq məxfi informasiyanın oğurlanması məqsədilə hakerlər tərəfindən istifadə edilə bilər. Təhlükəsizlik sahəsində çalışan mütəxəssislər bildiriblər ki, yeganə təsəlli birbaşa hücumların keçirilməsinin son dərəcə mürəkkəb olmasıdır. Müdaxilə alqoritmi indi müasir sistemlər tərəfindən təmin edilən bütün proqram və aparat təhlükəsizlik tədbirlərindən yan keçməyi nəzərə almalıdır.

Emil Hüseynov

İstinadlar ict news