Yenə qaz olmayacaq

Bu gün səhər saat 09:00-dan etibarən işlər başa çatanadək Naftalan şəhər mərkəzi və bir neçə kənddə qaz təchizatı dayandırılıb. 

Qeyd edilən saatdan etibarən texniki baxış zamanı aşkar olunmuş qaz sızmalarının ləğvi işlərinə start verilib. 

Bundan əlavə, saat 09:00-dan Hacıqabul rayonunun 5 kəndində də qaz təchizatı dayandırılıb. “Qaz İxrac” İdarəsi bu müddət ərzində balansında olan kəmərlərdə qaz sızmalarının ləğvi işlərini həyata keçirəcək. 

Həmçinin “Qaz İxrac” İdarəsi qaz ölçü qovşağında quraşdırılmış qaz sayğacının əvəzlənməsini də həyata keçirəcək. Bununla əlaqədar olaraq 2 saat ərzində (10:00-dan 12:00-dək) Qazax rayonunun 3 kəndində qaz olmayacaq.

Bundan başqa saat 09:30-dan 17:30-dək qaz sızmalarının ləğvi, orta təzyiqli qaz xəttinin sazlama işləri ilə bağlı İsmayıllı rayonunun mərkəzinin bir hissəsi və bir neçə kənddə qaz təchizatında məhdudiyyətlər olacaq.

 

İstinadlar Qafqazinfo

Yenə qaz olmayacaq

Bu gün saat 14:00-dan etibarən işlər başa çatanadək Beyləqan rayonunun bir neçə kəndində qaz təchizatı dayandırılacaq. 

Bu barədə “AZƏRİQAZ” İB məlumat yayıb. Qeyd olunub ki, bu müddət ərzində orta təzyiqli yeraltı qaz kəmərində sazlama işləri aparılacaq.

Bundan əlavə, səhər saat 09:00-dan etibarən avqustun 8-dək (2 gün müddətinə) Qaz İxrac İdarəsinin “Qazıməmməd-Qazax” magistral qaz xəttində təmir işləri planlaşdırılıb. Bu müddət ərzində Ağsu, Kürdəmir, İsmayıllı və Göyçay rayonlarının bir neçə qəsəbə və kəndində qaz təchizatı dayandırılıb.

Bundan başqa saat 10:00-dan 18:00-dək Qazax rayonunun mərkəzində də qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq. Bu zaman kəsiyində qaz xətlərində aşkarlanmış qaz sızmalarının ləğvi, korroziyaya uğramış hissələrin dəyişdirilməsi işləri icra olunacaq.

İstinadlar Qafqazinfo

Yenə qaz olmayacaq

Bu gün saat 12:00-dan 15:00-dək Hacıqabul rayonunun 8 kəndində qaz təchizatı dayandırılacaq. 

Bu, ölçü hesablayıcı avadanlıqların və digər qurğuların təftişi, eləcə də sazlama işləri ilə əlaqədardır. Saat 14.00-dan işlər başa çatanadək Beyləqanın ümumi abonent sayı 1353 nəfər olan 4 kəndində də qaz təchizatı dayandırılacaq. 

Bu müddət ərzində orta təzyiqli yeraltı qaz kəmərlərində müəyyən sazlama işləri aparılacaq.

İstinadlar Qafqazinfo

Yenə qaz olmayacaq

Ağdaş magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq. Mayın 3-də saat 10:00-dan işlər başa çatana qədər “Qaz İxrac” İdarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsinin “Borsunlu”, “Dəliməmmədli” və “Ağasıbəyli” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Goranboy rayonunun Dəliməmmədli və Borsunlu, həmçinin Samux rayonunun Ağasıbəyli, Əhmədbəyli, 1 may və Şəmsizadə kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. ( SOCAR)