“”Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən yeni dəyişiklikdə niyə 4-5 ay yox, 7-8-9 ay yox, 6 ay müddət nəzərdə tutulur? Bu haqda fikirləşmək lazımdır. 6 aydan çox olanda nə olacaq? Yenə də bürokratik əngəllərə yol açılacaq. 6 ay tələbini aradan götürmək çox vacibdir”. 

Bunu deputat Əli Məsimli parlamentdə deyib. O qeyd edib ki, əlil şəxslərin tək gəlir yeri həmin müavinətlərdir: “Yəni, bu şəxslər 6 ay qədər gözləməz. Amma bürokratik əngəllər bu müddəti uzadır. İkinci ciddi məsələ kimi aralıq müddət yaranır. 

Nazirlər Kabineti 2015-ci il qərarını ləğv edəcək. Amma aralıq müddətdə yaranacaq problemlərin aradan qaldırılması üçün yeni qərarın qəbul edilməsi çox vacibdir. Çünki aralıq müddətdə Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli qərarı işləsə, çox böyük narazılıqlar yaranacaq”.

Qeyd edək ki, sözügedən qanuna 3.3-1 maddə əlavə edilməsi təklif olunur. Bu maddədə qeyd edilir ki, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.

İstinadlar Qafqazinfo