
Yəmənin “Ənsar Allah” şiə qruplaşmasına məxsus husi üsyançıları Babül-Məndəb boğazında Böyük Britaniyanın ticarət gəmisinə pilotsuz uçuş aparatı ilə hücum edib.
Gəminin Britaniya bayrağı altında üzdüyü və ekipajının da Böyük Britaniya vətəndaşları olduğu qeyd edilir. Mənbələrə görə, Amerika və İsrail hərbi gəmiləri hücumu dəf edib.