
Yəmənin hökumət qüvvələri ilə üsyançılar arasında baş vermiş döyüşdə 17 nəfər həlak olub.
Mənbənin sözlərinə görə, şimali Cauf vilayətində baş vermiş döyüşdə 7 hərbi qulluqçu və 10 üsyançı öldürülüb. Daha 4 əsgər isə xəsarət alıb.
“Hərbçilər üsyançıların hücumunu dəf etməyə nail olublar” – deyə anonim mənbə agentliyə bildirib. O, həmçinin əlavə edib ki, hücum edənlər hərbçilərin bir neçə nəqliyyat vasitəsinə zərər vurublar.
Yəməndə vətəndaş qarşıdurması 2014-cü ildən davam edir.