
Yəmənin Əl-Beyda əyalətində qazdoldurma stansiyasında baş vermiş partlayışda ölənlərin sayı 17 nəfərə çatıb.
Məlumata görə, hadisə zamanı onlarla insan xəsarət alıb. Zərərçəkənlər tibb müəssisələrinə yerləşdirilib. Onların çoxunun vəziyyətinin ağır olduğu bildirilir.