
Yəmənin Əl-Beyda əyalətində qazdoldurma stansiyasında baş vermiş partlayışda ölənlərin sayı 15 nəfərə çatıb, azı 67 nəfər xəsarət alıb.
Əz-Zahir rayonunun Əl-Məcriş bölgəsində dörd qazdoldurma qurğusu partlayıb. Yaralıların sayı 70 nəfəri keçib, onlar tibb müəssisələrinə yerləşdirilib. “Əs-Saura” xəstəxanası çoxsaylı yaralılar səbəbindən yerli sakinləri qan verməyə çağırıb.