
Yəməndə həbsxanaya hava hücumunda ölənlərin sayı 87 nəfərə çatıb.
Bu barədə “Əl-Masirah” telekanalı məlumat yayıb.
Yaralı sayı 226 nəfər təşkil edir.
Yanvarın 21-də Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəməndə husilərin qiyam qaldırdığı həbsxanaya hava zərbələri endirib. İlkin məlumatlarda 70 nəfərin öldüyü, 140-a yaxın insanın yaralandığı bildirilirdi.
Xilasedicilər dağıntılar altından qurbanları və ölənlərin meyitlərini çıxarmaqda davam edir.