Yəmənin cənubunda husilərin mümkün hücumu və ağır iqtisadi vəziyyətə qarşı kütləvi etirazlar fonunda fövqəladə vəziyyət elan edilib.

Ölkənin cənub administrasiyasının rəhbəri Aydarus əl-Zubeydi bildirib ki, bütün əyalətlərdə silahlı qüvvələr döyüş hazırlığı vəziyyətinə gətirilib.

Bundan əvvəl yerli telekanallar Yəmənin cənubundakı Aden və digər şəhərlərdə ağır iqtisadi vəziyyətə etiraz edənlərlə təhlükəsizlik qüvvələrinin toqquşması nəticəsində 3 nəfərin öldüyü bildirib.

Cənubdakı nümayişlər zamanı qarşıdurmalar Marib əyalətində husilərin irəliləməsi fonunda baş verir.

İstinadlar Report