Yəmənin Abha Beynəlxalq Hava Limanına aviazərbələr endirilməsi nəticəsində azı 8 nəfər yaralanıb.

Bu barədə Səudiyyə Ərəbistanının başçılıq etdiyi Ərəb koalisiyası komandanlığı məlumat yayıb.

Yəməndə hökumət qüvvələrini dəstəkləyən koalisiya komandanlığının verdiyi məlumata görə, Abha Beynəlxalq Hava Limanına edilən hücumda partlayıcı maddələrlə doldurulmuş pilotsuz təyyarələrdən istifadə edilib.

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemi pilotsuz təyyarələrdən birini vura bilib.

İstinadlar Report