Yəməndə 4 mindən çox insan vəba xəstəliyinə yoluxub. Onlardan azı 12 nəfəri dünyasını dəyişib.

Bu barədə Səhiyyə Departamentinin rəhbəri Mathar Abbas əl-Mirvaniyə istinadən SABA agentliyi məlumat yayıb.

O bildirib ki, vəba xəstəliyi üzrə ixtisaslaşan xəstəxana və tibb mərkəzləri martın 12-dən 15,2 min nəfərdən çox vəbəya yoluxduğu ehtimal edilən şəxs qəbul ediblər.

Mathar Abbas əl-Mirvaninin sözlərinə görə, laboratoriya müayinələri zamanı 4,2 min nəfərdə xəstəliyin simptomları aşkar olunub.

İstinadlar Report