Yəməndə İranın dəstəklədiyi husi qiyamçıları və terrorçu “əl-Qaidə” 11 jurnalisti girov saxlayır.

Bu barədə Yəmən Jurnalistlərinin Həmkarlar Təşkilatının “Yəmən mətbuatı günü” ilə bağlı yazılı açıqlamasında bildirilib.

“Yəməndə mətbuatı günüdür. Ancaq 11 jurnalist həmkarımız hələ də husilərlə “əl-Qaidə”nin əlindədir”, – açıqlamada vurğulanıb.

Qeyd olunub ki, KİV nümayəndələrindən 10-nu husilər, birini isə Hadrtamvet vilayətində “əl-Qaidə” girov götürüb.

İstinadlar Report