Yəmən ordusu ölkənin şərqindəki Marib şəhərində husilərə qarşı əməliyyat keçirib.

Hərbi mənbələrin verdiyi məlumata görə, ordu birləşmələrinin əməliyyatı Maribdəki El-Maxdara ərazisində təşkil olunub.

Əməliyyat nəticəsində “Ansarullah” hərəkatının (husilər-red) 13 silahlısı öldürülüb. Hərbçilər habelə husilərin mövqelərini də ələ keçiriblər.

İstinadlar Report