Azərbaycan Yelkənli İdman Federasiyasının təşkilatçılığı ilə keçirilən “SFA Federasiyası Kuboku 2021” turniri başa çatıb.

3 gün davam edən yarışa Azərbaycan Yelkənli İdman Federasiyasının, “Dənizçi”, “Xəzər Yaxt”, “Windsurfing Baku” klublarının 9 – 42 yaş arası yelkənçiləri və külək sörfçiləri qatılıb.

“Optimist” sinfi üzrə 9-15, “Ilca-4” sinfi üzrə 15-18, “Ilca-7” və “Open Windsurf” sinifləri üzrə isə 18 yaşdan yuxarı idmançılar mübarizə aparıb.

35 idmançının iştirak etdiyi yarışa Yelkənli İdman Federasiyasının meneceri Burcu Algon Giorgian başçılıq edib.

Yarışın son günü qaliblərin 4 qrup üzrə mükafatlandırılma mərasimi keçirilib. Turnirin bütün iştirakçılarına sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Azərbaycanda “SFA Federasiyası Kuboku 2021” yarışı 5 ildir təşkil edilir.

İstinadlar Qafqazinfo